Danimarka alimləri müəyyən ediblər ki, ürək-damar xəstəliklərinin qarşısını almağın ən yaxşı yollarından biri yosun yeməkdir.
Qaziler.az bildirir ki, bu barədə "Phycology" nəşri yazıb.
tədqiqatçıların fikrincə, gündə 5-10 qram quru yosun yemək ürək xəstəliyi riskini əhəmiyyətli dərəcədə azaldır.
Alimlərin fikrincə, yosunların tərkibində çoxlu miqdarda amin turşuları, müxtəlif vitaminlər və minerallar var. Eyni zamanda, onlar aşağı kalorili olurlar və qanda xolesterinin səviyyəsini idarə etməyə kömək edirlər.
Qeyd edilir ki, maksimum effekt əldə etmək üçün qurudulmuş dəniz yosununu qidaya əlavə etmək daha yaxşıdır.
QAZİLER.AZ