Ən çox uşaqların yoluxduğu virus Türkiyədə də aşkarlandı

Ən çox uşaqların yoluxduğu virus  Türkiyədə də aşkarlandı backend

ABŞ və İngiltərədə narahatlığa səbəb olan “Strep A” virusuna yoluxma halları Türkiyədə də aşkarlanıb.

Qaziler.az xəbər verir ki, məsələ ilə bağlı Prof.Dr Şirin Güvən tez-tez rast gəlinən meningit xəsətəliyi ilə bağlı xəbərdarlıq edib:

“Təəssüf edirik ki, hazırda ölkədə Hib meningiti və “Stertokok pnevmoniyası”na rast gəlirik. ABŞ və İngiltərədə rast gəlinən “Strep A” yoluxmaları boğazla başlayan bir infeksiyadır. Mütləq həkim nəzarəti altında antibiotiklərlə müalicə edilməlidir. Əks halda bu bakteriyalar gələcəkdə qalıcı ürək xəstəliklərinə yol açır”, - deyə həkim qeyd edib.

Mütəxəssislər pandemiyadan sonra maskasız keçən bu ilki qışın ən çox uşaqlara mənfi təsir etdiyini deyir.

QAZİLER.AZ

Diaspora