İnsult zamanı İLK YARDIM - Adi iynə ilə insan həyatını necə xilas etmək olar?

İnsult zamanı İLK YARDIM -  Adi iynə ilə insan həyatını necə xilas etmək olar? backend

Bildiyimiz kimi ənənəvi Çin təbabətində iynə ilə müalicə üsullarına tez-tez rast gəlinir. Ümumiyyətlə, Şərqdə iynələrə xüsusi münasibət var. İllər, əsrlər boyu sübut edilmişdir ki, bədəndə müəyyən bir nöqtəyə düzgün təsir etməklə insanı hər hansı bədbəxt hadisədən, hətta insultdan belə xilas etmək olar.

Qaziler.az "News-fancy.com"a istinadla xəbər verir ki, bu üsul çinli həkim tərəfindən irəli sürülüb və dəfələrlə təcrübəli şəkildə sınaqdan keçirilib. Bunun həyata keçirilməsi üçün lazım olan yeganə şey adi iynə və bir qədər özünü ələ almaqdır.

Əlbəttə, insanın yaxını insult keçirəndə sakit olması asan iş deyil. Unutmayın ki, insult keçirən xəstəni tərpətmək olmaz. Xırda damarlar partlaya və beyin qanaması baş verə bilər. Və bundan sonra həmin insanı xilas etmək mümkün olmayacaq.

Bunun üçün şpris iynəsi götürün. Çünki adi tikiş iynəsindən fərqli olaraq şpris iynəsi daha itidir və steril olduğu üçün qana mikrobun keçməsi baş verməz. Əlinizin altında belə bir imkan yoxdursa, o zaman adi tikiş iynəsindən istifadə edə bilərsiniz. Lakin istifadə etməzdən əvvəl onu odun üzərinə tutun qızdıraraq steril edin.

Nə etmək lazımdır? Ehtiyatla iynəni barmağın ucundakı yumşaq hissənin düz mərkəzinə batırın. Beləliklə, özünüzü itirmədən göstərdiyiniz bu yardım xəstənin həyata qaytarılmasına böyük kömək göstərəcək.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora