Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Tverilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 193 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 813 942 nəfər müalicə olunaraq sağalıb, 9 976 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir. Ölkədə son sutka ərzində 2 015, hazırkı dövrədək isə 7 369 434 test aparılıb.