İshala qarşıdır, qurd əleyhinə istifadə olunur...- Badamın bilmədiyiniz faydaları

İshala qarşıdır, qurd əleyhinə istifadə olunur...- Badamın bilmədiyiniz faydaları backend

Xəstələnəndə bəzən dərmanlardan daha çox xalq təbabəti insanların köməyinə çatır. 

Qaziler.az bu dəfə adi badamın faydalarını təqdim edir.

Xalq təbabətində şirin badam toxumlarını şəkərlə bir yerdə əzib xörək qaşığı ilə gündə 3-4 dəfə öskürəyə qarşı qəbul edirlər. Sulu bişirməsini isə çiçək xəstəliyinə tutulanda içirlər. 

Naxçıvanda yerli əhali dağ badamının quru yarpaqlarını çay kimi dəmləyib ishala qarşı və qurd əleyhinə içirlər. 

Şirin badam toxumlarından alınan yağ kosmetikada dərini yumşaldıcı vasitə kimi istifadə edirlər. 

Elmi təbabətdə badamın toxumlarından alınan piyli yağ istifadə edilir.

Badamın Azərbaycanda yabanı halda iki növünə rast gəlinir.

QAZİLER.AZ

Diaspora