Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) FİFA 2022 Dünya Kubokunda koronavirusdan da ölümcül olan törəmə virus MERS və ya “dəvə qripi” kimi məlum olan virusun yayıla biləcəyindən narahat olduğunu açıqlayıb.
Qaziler.az xəbər verir ki, “The Sun”da dərc edilən xəbərə görə, mütəxəssislər MERS-in "Covid-19"dan daha ölümcül olduğunu və xəstəliyə yoluxanların üçdə birini öldürdüyünü qeyd ediblər.
Virusu Dünya Kuboku zamanı nəzəri olaraq ortaya çıxa biləcək 8 potensial yoluxucu xəstəlik riskindən biri kimi qiymətləndiriblər.
Siyahıya həmçinin ən çox ehtimal olunan iki təhlükəli "Covid-19" və "Meymun çiçəyi" virusarları da daxil edilib.
QAZİLER.AZ