Norveç alimləri idmanla tez yuxuya getmək arasında əlaqə tapıblar
Qaziler.az Lenta.ru-ya istinadən bildirir ki, Norveç universitetinin alimləri tez yuxuya getməklə idman arasında əlaqə tapıblar.
Alimlər bu araşdırmanı yuxu dərmanına qarşı qeyri -aşkar əvəz adlandırıblar.
Mütəxəssislər 14 il ərzində 34 min orta yaşlı norveçlinin tibbi sənədlərini yazılan dərmanların məlumat bazası ilə müqayisə edərək öyrəniblər. Araşdırma zamanı məlum olub ki, onlardan 5,8 min nəfəri (təxminən 17 faiz) reseptlə yuxu dərmanı alıb.
Araşdırmaya görə, məsələn, qaçış və ağır atletika ilə məşğul olan tədqiqat iştirakçıları daha yaxşı fiziki formada olublar və bu şəxslərin yuxu həbləri üçün həkimə müraciət etmə ehtimalı digərlərindən 15 faiz daha az idi.
QAZİLER.AZ