Kimlər mel və rezin yeyir? - Pikaçizm xəstəliyi

Kimlər mel və rezin yeyir? -  Pikaçizm xəstəliyi backend

Yemək pozğunluqları qanda dəmir çatmışmazlığının məşhur simptomuna çevrilir.

Qaziler.az bildirir ki, pikaçizm yeyilməz maddələrə qeyri-adi həvəs ilə xarakterizə olunan yemək pozğunluğudur. Bu vəziyyətlə bağlı məlumatlar uzun əsrlər boyu tibb jurnallarında qeyd edilib və ən çox dəmir çatışmazlığı ilə əlaqələndirilib. Lakin bununla belə bəzi məsələlər hələ də qeyri-müəyyən olaraq qalmaqdadı.

Pikaçizm heç vaxt gözardı edilməməli olan dəmir çatışmazlığının mühüm əlamətidir. Bu əlamətlər anemiyadan əziyyət çəkən uşaq və gənc qadınlarda əhəmiyyətli dərəcədə müşahidə olunan hesabata əsaslanır.

“Torpaq qoxusunu inanılmaz dərəcədə sevən, buz paketləri yeyən, təbaşir çeynəyən 16 yaşlı qızın hekayəsi ilə tanış oldum. Pasiyentin rəngi solğun idi, tez-tez burun qanaxması olurdu, lakin diş ətləri qanamırdı. Yüngülvari göyərmələr və aybaşı pozulmaları olurdu. Müayinə zamanı hemoqlabinin aşağı olması onun anemiyadan əziyyət çəkdiyini təsdiqlədi”, - dietoloq Vasilisa Ponomareva “MedikForum"a açıqlamasında deyib.

Bunun kimi bir çox misallar çəkmək olar: amerikalı qadın yuyucu toz və ətirli sabun yeyərək qidalanır. Hətta qadın maye əvəzinə qabyuyan gel içir. 

Lakin bir məsələ hələ də müəmmalı qalır: niyə xəstə mel, rezin bantlar, kimyəvi məhsullar kimi kalorisi olmayan vasitələri yeməyə üstünlük verir?

Bir çox həkimlər iddia edirlər ki, qanda dəmir çatışmazlığının başlıca səbəbi qidalanmadakı  pozulmalardır. Məhz həmin pozulmalar qanda dəmirin azalmasına gətirib çıxarır. Digərləri isə əksini iddia edir: yəni dəmir çatışmadığı üçün bu vasitələri yeməyə marağın artdığını bildirir. 

Qeyd edək ki, dəmir çatışmazlığı infarkdan ölüm riskini artırır.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora