Diabet xəstələrinə diqqətinə: Bu ucuz içki qan şəkərini aşağı salmağa kömək edir - Həkim məsləhəti

Diabet xəstələrinə diqqətinə: Bu ucuz içki qan şəkərini aşağı salmağa kömək edir  - Həkim məsləhəti backend

Rusiyalı cərrah-onkoloq, tibb elmləri namizədi Natalya Şkolyar qan şəkərinin səviyyəsinə nəzarət etmək üçün effektiv üsul deyib.

Qaziler.az rusiyalı həkimin məsləhətlərini təqdim edir:

"Bu yaxınlarda rast gəldiyim bir araşdırmaya görə, qanda şəkəri salmaq üçün kişmişdən istifadə etməyin mümkünlüyü bildirilmişdi. Bu məsələyə birmənalı yanaşan mütəxəssis yoxdur. Mən xəstələrə bu xəstəlikdə kişmişdən istifadə etməyi məsləhət görmürəm. Bu məhsul qanda şəkəri qaldıra bilər ki, bu da diabet xəstələri üçün təhlükəlidir"- deyə dietoloq Natalya Şkolyar bildirib. 

Həkimin fikrincə, remissiyada qurudulmuş meyvələr hətta 1-ci tip diabetli - insulindən asılı insanlar tərəfindən də istehlak edilə bilər.

"2-ci tip diabetdə dərman xassələri naringi qabığının həlimində vardır. Bu içkinin müntəzəm istifadəsi ilə cəmi bir həftə ərzində qan şəkərinin səviyyəsini normallaşdıra bilərsiniz.

2-ci tip şəkərli diabet xəstələri üçün ulduz anis (latınca illicíum vérum) həlimi də əladır. Əslində bir çox hallarda kömək edir. Məsələn, bayram ziyafətindən sonra bu içkidən içə bilərsiniz. Bu, şəkər səviyyəsini azaltmağa kömək edəcək və tərkibində yüksək yağ faizi olan qidaların udulmasını asanlaşdıracaq"- deyə, həkim qeyd edib.

Bundan əlavə, qidaların daha yaxşı həzm olunması və şəkər səviyyəsinin aşağı salınması üçün sadəcə qara çayın qırmızı sortlarından içə bilərsiniz.

Şəkərli diabet xəstələri üçün əla məhsul qarabaşaq yarması sıyığıdır. Hətta Sovet İttifaqında pəhriz qidasına ehtiyacı olanlar üçün mağazalar var idi. Orada qarabaşaq bəlkə də ən vacib və qıt məhsul idi. Xoşbəxtlikdən, bu gün belə bir problem yoxdur”, - deyə Natalya Şkolyar davam etdi.

Həkim şəkərli diabet xəstələri və bu xəstəliyə meyilli olanlar üçün ideal desert olaraq  albalını məsləhət görüb.

"Bir az turş ola bilər, amma şəkəri yüksək olan insanlar məhz buna ehtiyac duyurlar" - həkim əlavə edib. 

Düzgün yeyin və sağlam qalın.

 

QAZİLER.AZ

Diaspora