Yuxusuzluq aradan qalxacaq: dərmansız yuxuya getməyin 5 üsulu

Yuxusuzluq aradan qalxacaq: dərmansız yuxuya getməyin  5 üsulu backend

Bəzən çox yorğun olsaq da yuxuya getməkdə çətinlik çəkirik.

Qaziler.az  xarici mətbuata istinadən rahat, dərmansız yuxuya getməyin 5 üsulunu təqdim edir.

1.Çalışın narahat düşüncələrdən xilas olasınız. Dünən və ya bu günü beyninizdə çözməyə çalışmayın. Gözəl xatirələrə köklənin. Yaddaşınızı ətraf aləm haqqında səhnələrlə təzələyin.

 

2. Kənar səslər yuxuya getməyə mane olur.  Sakit klassik musiqi və ya təbiət səsləri dinləyin: meşə səsi və ya dəniz dalğalarının səsi.

 

3. Beyninizdə sürünən lazımsız fikirlərdən belə xilas ola bilərsiniz: gözünüzü açın və görünüşə tam diqqət yetirmədən nəzərinizi  bir əşyadan digərlərinə yönəldin, bunu təkrarlayın .Belə göz gimnastikası iki dəqiqə ərzində sağlam yorğunluq gətirəcək.

 

4. Maksimum dərəcədə rahatlanmağa çalışın. Arxası üstə uzanaraq dartının və ayaqlarınızda xoş ağırlıq haqda düşünün. Sonra əllərinizdə və s. Bədəninizin hər millimetrinin, o cümlədən boyun, barmaqlar və gözlərin rahatlanmasına çalışın. 

 

5. Yavaş-yavaş nəfəs alın - 4-5 saniyə, havanı ağciyərlərdə saxlayın və sonra daha da uzun nəfəs alın - 8-10 saniyə. Nəfəsi yavaş-yavaş buraxın. Bu dövretmə bədənin istirahətinə kömək edəcək.

Yuxunuz şirin olsun!

 

QAZİLER.AZ

Diaspora