Almanın tumlarının zərərli olduğu, hətta çox yeyildikdə ölümlə nəticələnəcəyi barədə söz-söhbətlər gəzir. Vitaminləri saymaqla bitməyən alma haqqında olan bu mənfi məlumata biganə qalmamaq olmur.
Qaziler.az bildirir ki, almanın tumlarındakı zəhərli təsirin əsas mənbəyi amigdalin molekuludur. Amigdalinin təhlükəsi isə tərkibində həmin maddə olan nəyisə yedikdən sonra həzm fermentləri ilə qarışdıqda yaranır.
Amigdalin mədəmizə düşdükdən sonra yaratdığı təsirlə sianidin ifrazına səbəb olur.
Almanın tumları təkbaşına zərərli olmasa da, çeynədikdə və ya zədələndikdə hidrogen sianidə çevrilir.
Belə ki, sianiddən kəskin zəhərlənmənin baş verməsi üçün 83-500 ədəd alma toxumu yeyilməlidir. Əgər alma tumu yemək kimi asılılığınız yoxdursa, qorxulacaq bir hal da yoxdur.
Firuzə Alimova
QAZİLER.AZ