Təzyiqi aşağı salmaq üçün ən yaxşı içki - Dietoloq açıqladı

Təzyiqi aşağı salmaq üçün ən yaxşı içki -  Dietoloq açıqladı backend

Rusiyanın "Rossiya 1" telekanalının  "Ən vacibi" verilişində qonaq olan dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq qan təzyiqini aşağı salmaq üçün ən yaxşı içkinin adını çəkib.

Qaziler.az bildirir ki, onun sözlərinə görə, qatığın müntəzəm istifadəsi bağırsaq mikroflorasının fəaliyyətini yaxşılaşdıra, orqanizmdən toksinləri çıxara bilər.

Qinsburq əlavə edib ki, qatıq orqanizmin immun sisteminin normal fəaliyyətini dəstəkləyən klassik probiotik hesab olunur. "Lakin mədə və onikibarmaq bağırsağın xorası, həmçinin pankreatit və ya qastrit zamanı bu içkidən imtina etmək lazımdır", deyə dietoloq xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın "Atlas" klinikalar şəbəkəsinin nevroloqu İqor Matsokin sinir sistemi üçün ən faydalı içkilərin adını çəkmişdi. Onun sözlərinə görə, bunlar yaşıl və ağ çay, kasnı və şərablı çaydır.

QAZİLER.AZ

Diaspora