Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən üç nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 721 nəfər müalicə olunaraq sağalıb, 9 972 nəfər vəfat edib, aktiv xəstə sayı 230 nəfərdir.
Ölkədə son sutka ərzində 2 084, hazırkı dövrədək isə 7 353 336 test aparılıb.
