Qış fəslində soyuqdəymə, öskürək daha çox olur. Ən çox uşaqlar bundan əziyyət çəkir.
Bəzən ən bahalı dərmanlar da xəstəliyin qarşısını almaqda çətinlik çəkir və köməyə təbii vasitələr gəlir.
Almanın bu cəhətdən də köməyinizə gələ biləcəyini düşündünüzmü?
Qaziler.az öskürəyin qarşısını almaq üçün təbii vasitəni təqdim edir.
Bir ədəd almanı yaxşıca yuyun. Qabığı ilə birgə halqa-halqa doğrayın. Dəm çaynikinə ataraq üzərinə 2 ədəd çubuq darçın, 1 desert qaşığı zəncəfil və bir neçə ədəd mixək əlavə edin. Üstünə bir litr qaynanmış su tökün. 10 dəqiqə dəmləyin. Bu sizin və uşaqlarınız üçün çox kömək ola bilər. Həmişə sağlam olun.