Çayın bu zərəri hər kəsi heyrətləndirdi: Elə bir təsiri var ki…

 Çayın bu zərəri hər kəsi heyrətləndirdi:  Elə bir təsiri var ki… backend

Səhər çay içmək günə uğurlu başlamağın ən xoş yolu ola bilər. Ancaq acqarına çay içməyin zərərlərini öyrəndikdən sonra bu vərdişdən əl çəkmək istəyə bilərsiniz.

Acqarına çay içmək yaxşı fikir deyil. Bəziləri üçün səhər oyanan kimi çay içmək günə başlamağın ən xoş yolu ola bilər. Hətta bəzi insanlar səhərlər bir stəkan çay içmədən özlərinə gələ bilmirlər. 

Qısacası, günə çayla başlamaq yaxşı fikir ola bilər, amma acqarına içməməlisiniz. Çay içmək olar, amma yeməkdən sonra.

Səbəbi ilə maraqlanırsınızsa, cavab budur. Araşdırmalar göstərib ki, səhərlər ilıq su içmək, acqarına ilıq çay içmək eyni deyil. Tədqiqatçıların fikrincə, qəhvə, yaşıl çay, südlü çay, qara çay kimi istənilən növ kofeinli içkiləri acqarına qəbul etmək sağlamlığınıza zərər verə bilər.

 

Acqarına çay içməmək üçün 3 ÖNƏMLİ SƏBƏB

 

Mədə qıcıqlanması

Rutgers-in kimya və biologiya professoru Chung S. Yang tərəfindən nəşr olunan bir araşdırma, insanların acqarına tünd dəmlənmiş çay içdikdən sonra mədədə qıcıqlanma hiss edə biləcəyini göstərdi.

Tədqiqat həmçinin çox isti çay içməyin yemək borusu və mədə xərçəngi riskinin artmasından bəhs edir. Bundan əlavə, çayda olan güclü antioksidantlar və polifenollar turşuluğa səbəb olur.

 

Baş ağrısı

Bəzi insanlar adətən yuxudan duran kimi çay içməsələr baş ağrısından şikayətlənərlər. Bəs çay içmək baş ağrısına səbəb olarsa? 

Taylor & Francis tərəfindən çay içmə ilə bağlı nəşr olunan bir araşdırma jurnalında müəllif Carolyn M. Matthews çayın xüsusilə acqarına qəbul edildikdə ürəkbulanma və baş ağrısına səbəb ola biləcəyini qeyd edir.

Tərkibində kofein olan çay yorğunluğa səbəb ola bilər.


Qəbul edilmiş qidanın sorulmasına mane olur


Tanin və kafein kimi polifenolların varlığı acqarına çoxlu çay içildiyi zaman bədənin dəmir kimi qidaları yeməklərdən sorma bacarığını azalda bilir.

QAZİLER.AZ

Diaspora