Bildiyimiz kimi yemək və salatlarda istifadə edilən soğan həm bişmiş, həm də çiy şəkildə yeyilir.
TurpKimi.com bildirir ki, sağlamlığa faydaları saymaqla bitməyən soğan daha çox bişmiş şəkildə yeyilir. A, B, C vitaminləri ilə zəngin olan, immun sistemini gücləndirən, antioksidant tərkibli soğan bir çox xəstəliklərə qarşı qalxan rolunu oynayır. Lakin dilimləndikdə isə bəzi xəstəliklərə səbəb olur.
Aparılan araşdırmalara və mütəxəssislərin bildirdiklərinə görə, çiy halda doğranan soğan xüsusi qablarda və ya soyuducuda saxlansa belə onlarda bakteriyaların yarandığı müşahidə edilib. Ona görə də doğranan soğanlar dərhal yeyilməlidir.
Belə ki, soğan yanlış formada yeyilərsə, orqanizmin infeksiyaya yoluxması mümkündür. Bundan başqa, yarımçıq qalmış soğanın səhəri gün yeyilməsi və ya yeməklərə vurulması da təhlükəlidir. Bu hal qida zəhərlənmələrinə gətirib çıxarır.
Əgər evdə doğranıb isitifadəsiz qalan soğan dilimləri varsa, onlardan evin bir hissəsinə qoyaraq havadakı mikrobları öldürmək məqsədiylə istifadə edə biləriniz.