Pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq - Nazirlik

Pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq - Nazirlik backend

"Bu gün koronavirusa qarşı müqavimətin artması kollektiv immunitetin formalaşması ilə bağlıdır. Bu, iki yolla yaranır. Ya insan xəstələnib sağalır, ya da vaksinasiya olunur".

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda əhalinin təxminən 50 faizi vaksinasiyadan keçib:

"Xəstələnənlər isə 800 mindən bir qədər yuxarıdır. Bu onu göstərir ki, kollektiv immunitetin formalaşmasında əsas təsir edən faktor vaksinlərdir. Koronavirusun yeni mutasiya olunmuş ştammları meydana gələ bilər. Virusun təkamülü baş verir. Bunun necə gedəcəyi məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib. Yəqin ki, müəyyən vaxtdan sonra bu məsələlərə baxılacaq və pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq".

Diaspora