Azərbaycanda son sutkada 41 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

Azərbaycanda son sutkada 41 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb backend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 806 nəfər müalicə olunaraq sağalıb, 9 941 nəfər vəfat edib, aktiv xəstə sayı 317 nəfərdir.

Ölkədə son sutka ərzində 2 104, hazırkı dövrədək isə 7 311 644 test aparılıb.

Diaspora