"Gündəlik həyatlmızda müxtəlif vəziyyətlərlə rastlaşırıq. Bunlardan biri də qəbizlik və ishal hallarıdır. Mənə bu kimi çoxlu sorğular gəldiyindən bir az açıqlamağı özümə borc bildim".
TurpKimi.com bildirir ki, bunu fitoterapevt Fizuli Hüseynov qeyd edib.
"Qəbizlik böyük bayıra çətinliklə çıxma və böyük bayıra çıxmaların 3, 4, bəzən 5 günə qədər uzanmasına deyilir. İshal zamanı isə əksinə gün ərzində 5-6 dəfə böyük bayıra çıxmalar olur. Gündəlik həyatımızda məsələn; həftədə 2 dəfə qəbizlik və ishal hallarının olması bizə necə təsir göstərə bilir? Deyərdim ki, qəbizlik, ümumiyyətlə bədən üçün çox ziyanlı bir əlamətdir. Qəbizlik nə qədər uzun çəkərsə, insan bir o qədər də ziyan görəcəkdir. Qəbizliyin uzun çəkməsi insan qanına zəhərli maddələrin qarışması ilə nəticələnir. Bu isə bütün orqanizmdə fəsadların əmələ gəlməsinə səbəb olur. Həftədə 2 dəfə ishal baş verərsə və bu ishal gün ərzində 2-3 dəfə böyük bayıra çıxmalarla nəticələnərsə, belə hallardan qətiyyən qorxmayın. Əksinə belə halların həftədə bir-iki dəfə olması bağırsaqlar üçün çox faydalıdır. Çünki bu zaman bağırsaqlar artıq tullantılardan təmizlənilir. Bu formada ishalın olması bağırsaq mikroflorasına heç bir ziyanlı təsir göstərmir".