Azərbaycanda 92 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda 92 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib backend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 810 730 nəfər müalicə olunaraq sağalıb, 9 919 nəfər vəfat edib, aktiv xəstə sayı 883 nəfərdir. Ölkədə son sutka ərzində 2 656, hazırkı dövrədək isə 7 252 623 test aparılıb.

Diaspora