Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 234 yeni yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 819 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 433 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 810 aktiv xəstə var. Bu günə qədər 9 881 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 929, bu günə qədər isə ümumilikdə 7 209 734 test icra olunub.