Qanda şəkərin miqdarını iki dəfə aşağı salan populyar tərəvəz məlum oldu... - MARAQLI

Qanda şəkərin miqdarını iki dəfə aşağı salan populyar tərəvəz məlum oldu... -  MARAQLI backend

"Müasir həyat tərzi 2-ci tip diabeti ümumdünya epidemiyasına çevirib..."

Nigeriya alimlərinin bu yaxınlarda apardığı tədiqat soğan ekstraktı ilə diabetə qarşı dərman preparatının kombinə edilməsinin ümidverici nəticələrini göstərib.

 

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

 

Alimlər qanda şəkərin miqdarını 50 faiz azaldan və diabet xəstələrinin müalicəsində "potensial müalicə vasitəsi" ola biləcək populyar tərəvəzi müəyyən edib.

 

Tədqiqatın nəticələri San-Diyeqoda Endokrinoloji cəmiyyətin illik 97-ci iclasında təqdim edilib.

 

Bu nəticələr göstərib ki, soğan ekstraktını tərkibində aktiv inqridiyent metformin olan diabetə qarşı dərmanlarla birgə qəbul etdikdə, qanda şəkərin yüksək səviyyəsini və xolesterinin ümumi səviyyəsini "xeyli azaldır".

 

2- ci tip diabetli pasientlərdə mədəaltı vəzi tərəfindən qanda şəkərin miqdarını tənzimləyən insulin kifayət qədər ifraz edilmir, bu, o deməkdir ki, bu göstərici belələrində təhlükəli səviyyəyə çata bilər.

 

Müasir həyat tərzi 2-ci tip diabeti ümumdünya epidemiyasına çevirib. Son illərin məlumatına görə, İsraildə 550 min pasient diabetlə xəstədir, daha 550 min nəfər xəstəöncəki mərhələdədir.

 

2-ci tip diabet hallarının  əksəriyyətinin düzgün qidalanma ilə- qlükoza molekullarına tez parçalanan ərzaq məhsullarından istifadəni azaltmaqla və aşağı qlikemik indeksi olan qidaları seçməklə qarşısını almaq olar.

 

"Soğan qida əlavəsi kimi ucuz və əlçatandır. O, diabet pasientlərinin müalicəsində istifadə edilmə potensialına malikdir", - bunu tədqiqatın aparıcı müəlliflərindən olan Nigeriyanın Abarake Delta Dövlət universitetindən Entoni Ocia deyir.

 

Tədqiqatçılar öz nəzəriyyəsini əvvəlcə siçovullarda yoxlayıb. Medikamentoz diabetlə induksiya edilən üç qrup gəmiricilərə soğan ekstraktının müxtəlif dozası verilib ki, onların preparatın təsirini gücləndirdiyini müəyyən etmək mümkün olsun. 

 

Dozalar bədən kütləsinin hər kq çəkisinə 200, 400 və 600 mq təşkil edib. 

 

Alimlər həmçinin preparatı və soğan ekstraktını diabetsiz və qanda şəkərin səviyyəsi normal olan üç qrup siçovula veriblər.

 

Nəticədə bədən kütləsinin hər kq çəkisinə 400 və 600 mq soğan ekstraktı alan gəmiricilərdə qanda şəkərin səviyyəsi tədqiqatın əvvəlində olan ilkin səviyyəyə nisbətən 50 və 35 faiz azalıb. Həmçinin onlarda xolesterinin ümumi səviyyəsi azalıb.

 

Diabetsiz siçovullarda isə soğan ekstraktı çəkinin artmasına gətirib çıxarıb.

 

"Soğan o qədər də kalorili deyil. Lakin, görünür, maddələr mübadiləsini sürətləndirir, bununla birlikdə iştahanı artırır, bu da qida istifadəsini çoxaldır, - alim izah edib. - 

 

Biz gərək soğan ekstraktının qanda şəkərin miqdarının azaltması mexanizmini tədqiq edək. Biz indiyədək bunun izahını hələ bilmirik.

 

Healthy Walla

Diaspora