Astronavtların qanında genetik mutasiyalar aşkar edildi

Astronavtların qanında genetik mutasiyalar aşkar edildi backend

Alimlər 1998-2001-ci illər arasında “Space Shuttle” gəmisində uçan 14 NASA astronavtının qan nümunələrini araşdırdıqdan sonra 14 astronavtın hamısınında DNT mutasiyaları aşkar ediblər.

Bu mutasiyalar uzunmüddətli perspektivdə astronavtın sağlamlığı üçün ciddi təhlükə törətmək üçün çox kiçik olsalar da, tədqiqat astronavtlar üçün müntəzəm sağlamlıq yoxlamalarının vacibliyini vurğulayır.

“Nature Communications Biology” jurnalında dərc edilən yeni araşdırmada müəyyən edilmiş spesifik mutasiyalar tək bir klondan gələn qan hüceyrələrinin yüksək nisbəti ilə xarakterizə olunur və klonal hematopoez adlanır.

Belə mutasiyalar həddindən artıq ultrabənövşəyi radiasiyaya, eləcə də digər radiasiya növlərinə, o cümlədən kemoterapiyaya məruz qalma nəticəsində yarana bilər.

Həmçinin, mutasiyalar kosmik radiasiyanın nəticəsi də ola bilər.

Mənbə: ferra.ru / Oxu.az

Diaspora