Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı

Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı backend

İordaniyada meymunçiçəyinə ilk yoluxma aşkarlanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İordaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ötən ay Avropanın bir çox ölkəsinə səfər edən otuz yaşlı İordaniya vətəndaşında yüksək hərarət, boğaz ağrısı, limfa düyünlərində şiş, əzələ ağrıları kimi əlamətlər meydana çıxıb.

Xəstənin əvvəlcə boğaz iltihabı diaqnozu ilə müalicə olunduğu, lakin 5 gündən sonra üzündə və əllərində dəri qabarcıqlarının əmələ gəldiyi bildirilib. Bu gün nəticənin müsbət olduğu qeyd edilir.

Bildirilir ki, onun vəziyyəti yaxşıdır və “tam sağalma” mərhələsindədir. Xəstə evində təcrid olunub.

Endemik virusun yaratdığı nadir xəstəliklərdən olan meymunçiçəyi Konqo və Qərbi Afrika növü olaraq ikiyə ayrılır. Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.

Diaspora