Koronavirusun müalicəsində yeni üsul: İynəsiz vaksin təsdiqləndi

Koronavirusun müalicəsində yeni üsul:  İynəsiz vaksin təsdiqləndi backend

Çin yeni COVID-19 vaksinini təsdiqləməyə qərar verib.

Yeni vaksin iynəsizdir və burundan nəfəs alaraq tətbiq edilir.

“CanSino Biologics” tərəfindən hazırlanan vaksinin iynəli COVID-19 vaksinlərindən qorxanlar üçün alternativ olacağı gözlənilir.

Çin hökumətinin verdiyi qərardan sonra “CanSino Biologics”in səhm dəyəri 14,5 faiz artıb. Eyni zamanda bu vaksinin insanlar üzərində sınaqdan keçirildiyi və müsbət nəticələr verdiyi bildirilib.

Burundan alınan vaksinin hüceyrələrdə immuniteti artıracağı, selikli qişada isə qoruyuculuğu gücləndirəcəyi qeyd edilib.

Mənbə: Haber Global / Oxu.az

Diaspora