Ancaq səhərlər müalicə olunan xəstəliklərin 7 TƏBİİ ÇARƏSİ

Ancaq səhərlər müalicə olunan xəstəliklərin 7 TƏBİİ ÇARƏSİ backend

Bəzi xəstəlikləri səhər tezdən duraraq ac qarnına müxtəlif vasitələrdən istifadə edərək müalicə etmək olar. Ümumiyyətlə səhər ac qarnına mədə və bağırsaqın boş olması bura düşən hər bir qurtumun sürətlə və sonadək sorulması müalicənin effektini artırır. Biz bunu nəzərə alaraq həmin vaxtdan istifadə edərək yararlanmalıyıq.

TurpKimi.com bildirir ki, bu haqda fitoterapevt Fizuli Hüseynovun yazısında qeyd olunub. O, səhərlər müalicə olunan xəstəliklər üçün aşağıdakı 7 məsləhəti paylaşıb:

1. Axşam 1 xörək qaşığı balı 1 stəkan çiy suya qarışdıraraq səhər yeməyindən 30 dəqiqə və ya 1 saat öncə için.

Faydaları: Qan azlığı, halsızlıq, zəiflik, aşağı təzyiq, yaddaşsızlıq, zəif immunitet zamanı içilməsi faydalıdır. Şərbət əhval ruhiyyəni yüksəldir, orqanizmi gümrahlaşdırır, toxumaların qidalanmasını yaxşılaşdırır. Şəkər xəstələrinə içilməsi məsləhət deyil.

2. Axşam 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi, 1 stəkan çiy su ilə qarışdırılır, səhər ac qarnına içilir.

Faydaları: Halsızlıq, qəbzlik, qan qatılığından əziyyət çəkənlər üçün faydalıdır. Bu şərbətin fərqli dozalarla hazırlanılması müxtəlif xəstəliklər üçün faydalı ola bilər. Məssələn; 1 xörək qaşığı alma sirkəsini 1 stəkan suya qarışdırıb 1 çay qaşığı bal əlavə edilməsi ilə hazırlanan şərbəti yüksək təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkənlər də istifadə edə bilər. Belə şərbət qan dövranını yaxşılaşdırır, əlləri, ayaqları soyuq olan adamlar, kapilyar qan dövranı pozulmuş və ürək damarları tutulmuş insanlar üçün faydalıdır.

3. Səhər yeməyindən 1 saat öncə 1 orta xörək qaşığı qarazirə yağının içilməsi. Bütün günü mədə bağırsaq ağrılarından əziyyət çəkənlərə faydalıdır, zəif işlədici, əsəb sakitləşdirici, yüngül təzyiq salıcı və çox güclü immunitet yüksəldici bir xüsusiyyəti vardır. Kişilərin səhər bu yağdan hər gün içməsi çox faydalıdır, çünki prostat vəzin sıradan çıxmasının qarşısını alır, cinsi həvəsi artırır. Saç tökülməsinin və ağarmasının qarşısını alır.

4. Səhər yeməyində də bəzi faydalı qidaların yeyilməsi özü bir müalicədir. Məsələn; bir kasa kəsmiyə 1 – 2 xörək qaşığı üyüdülmüş zəyərək toxumu qarışdıraraq yeyə bilərsiniz. Bu qarışım babasil, sümük əriməsi, klimaksı keçirən xanımlar, oynaqları ağrıyan insanlar, mineralsızlıqdan, qəbizlikdən əziyyət çəkənlər üçün faydalıdır. Xərçəng xəstələri də bu qarışımdan səhər və gündə 3 dəfə qəbul edə bilərlər. Onlar üçün çox faydalıdır.

5. 1 çay qaşığı Ud hindi tozunu, 1 stəkan qaynar və ya adi otaq tempraturunda olan suya qarışdıraraq 1 çay qaşığı bal əlavə edərək səhər ac qarnına için. Mükəmməl bir təmizləyicidir. Qaraciyərin bütün yüksəlmiş fermentlərini, xolesterini aşağı salır, mədəaltı vəz xəstəlikləri zamanı olduqca faydalıdır, öd istehsalını artırır, öd daşını əridir, ağızdakı aclığı müalicə edir, qastrit, kolitdən əziyyət çəkənlər üçün çox faydalıdır. Şəkər xəstələrinin balsız olaraq içilməsi qanda şəkərin çox qalxmasının qarşısını alır. Qanı durulaşdırır, faringit bronxitdən əziyyət çəkənlər üçün faydalıdır, zobu müalicə edir. Hormonal pozulmalar üçün mükəmməl bir içkidir. Böyrək iltihabında və böyrəyin daş və duzlarında içilməsi faydalıdır.

6. Səhər ac qarnına 1 orta xörək qaşığı üyüdülmüş qarazirə tumunu ağıza atıb üstündən 1 stəkan çiy su için. Şəkər xəstələri, mioma, mastopatiya, kista, şiş xəstəliklərindən əziyyət çəkənlər üçün faydalıdır. Saç tökülməsinin qarşısını alır, immuniteti artırır. Əsəb sakitləşdirici təsiridə vardır.

7. Səhər yeməyindən 1 saat öncə 2 stəkan təmiz suyun (yağış suyu olsa lap yaxşı olar) içilməsi bədəni bütün tullantılardan təmizləyir. Su ən gözəl hopdurucudur. Unutmayaq bizim maye kimi qəbul etdiyimiz meyvə şirələri (mağazada satılanlar), müxtəlif növ şirinləşdirilmiş, rəngləndirilmiş, qazlı içkilər saxlanılma müddətini uzatmaq üçün məhsullara qarışdırılmış kimyəvi maddələr və sair kimi zəhərləri yalnız su təmizləyə bilir. Bunu unutmayaq.

Diaspora