Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 557 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış pasiyentlər arasında vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 812 116 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 719 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 592 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 320, bu günə qədər isə ümumilikdə 7 145 345 test icra olunub.