Dördüncü doza vaksin məcburi olacaq? - AÇIQLAMA - FOTO

Dördüncü doza vaksin məcburi olacaq? -  AÇIQLAMA - FOTO backend

Azərbaycanda yoluxma hallarının artması fonunda koronavirus əleyhinə dördüncü doza vaksinin məcburi olacağı deyilir. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksinlərin vurulması prosesinə start veriləcək.

TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev vaksinasiya ilə bağlı iddialara aydınlıq gətirib.

Tanınmış həkim Modern.az-a açıqlamasında bildirib ki, təkcə Azərbaycanda deyil, ümumilikdə dünyada dördüncü doza vaksinlə bağlı fikirlər müxtəlifdir.

 

“Ancaq hazırkı vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanda dördüncü doza vaksin məcburi olmayacaq. Təbii ki, hər kəs könüllü şəkildə 4-cü doza vaksini qəbul edə bilər. Lakin önümüzdəki günlərdə yoluxmada fərqli rəqəmlər olduğu zaman başqa qərarlar da qəbul oluna bilər”, - deyə TƏBİB nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 832 547, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 097, üç və daha çox doza vaksin vurduranların sayı 3 348 027, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 350-dir.

Diaspora