İsti havada susuzluğu yatırmaq üçün müxtəlif içkilərədn istifadə edilir. Kimi qazlı sulara, kimi meyvə şirələrinə, kimi isə adi suya üstünlük verir.
Mütəxəsislərin fikirncə, isti havalarda içilən içkilərin orqaizmə xüsusi təsiri var. Belə ki, bəzi içkilər ürək-damar sisteminin fəaliyyətinə birbaşa təsir edir.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, dietoloq Marqarita Korolyova istidə ürək-damar sisteminə güclü zərbə vura bilən qazlı mineral su və meyvə şirələrindən imtina etməyi tövsiyə edir. Onun sözlərinə görə, bu içkilərin tərkibindəki çoxlu şəkər daha çox içmək istəyi yaradır.
Mütəxəssis həmçinin kofeinli içkilərin - məsələn, kofe və enerji içkilərinin təhlükələri barədə də xəbərdarlıq edib. Dietoloqun sözlərinə görə, onlar ürəyə yükü artırır, bu da təzyiqin artmasına və ürək ritminin pozulmasına səbəb olur. Bu isə, xüsusilə yayda isti dövrdə təhlükəlidir.
“Soyuq qəhvənin isti qəhvə ilə eyni xüsusiyyətlərə malik olduğunu xatırlamaq lazımdır. Bu səbəbdən də bu içkilərdən istifadə etmək tövsiyyə edilmir”,- deyən həkim isti havalarda spirtli içkilərin zərərlərini də xatırladıb.
"Yüksək temperaturda onlar ürək-damar sisteminin pozulmasına səbəb ola bilər. Spirtli içkilər xüsusən sağlamlıq problemləri olan insanlarda təzyiqin atmasına, ürək ritminin pozulmasına və s. digər problemlərin yaranmasına səbəb ola bilər”,- deyə dietoloq bildirib.
Mütəxəssis vurğulayıb ki, susuzluğunuzu yatırtmağın ən yaxşı yolu adi sudur. Xüsusilə isti günlərdə gündə ən azı iki litr yarım adi su içmək məsləhət görülür.