Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 434 yeni yoluxma faktı qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 798 838 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfərdir.
Ölkədə son sutka ərzində 3 129, hazırkı dövrədək isə 7 045 427 test aparılıb.