Meymunçiçəyinin yeni əlamətləri açıqlandı

Meymunçiçəyinin yeni əlamətləri açıqlandı backend

Britaniya alimləri aşkar ediblər ki, cinsiyyət orqanlarının zədələnməsi, habelə ağızda və ya anusda yaralar meymunçiçəyinə işarə edə bilər.

 

Belə ki, meymunçiçəyinin əksər hallarda cinsi əlaqə yolu ilə yayıldığını bildirsələr də, tədqiqatçılar virusun böyük tənəffüs damcıları, hətta geyim və digər səthlər vasitəsilə hər hansı yaxın fiziki təmas zamanı da keçə biləcəyini vurğulayırlar.

Alimlər qeyd edirlər ki, kliniki simptomlar cinsi yolla ötürülən digər infeksiyalara bənzəyir və asanlıqla səhv diaqnoza səbəb ola bilər.

Həmçinin, bildirilir ki, meymunçiçəyinə yoluxan bəzi insanlarda anal və oral simptomlar ağrı və udma çətinliyinə gətirib çıxarır.

Mənbə: cursorinfo.co.il

Diaspora