Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 210 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, üç və daha çox doza vaksin vurduranların sayı 1 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 800 702, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 363 408, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 833, üç və daha çox doza vaksin vurduranların sayı 3 327 959, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 502 təşkil edir.

loading...
Diaspora