Azərbaycanda yoluxma sayı bu gün də ARTDI - 4 nəfər VƏFAT ETDİ

Azərbaycanda yoluxma sayı bu gün də ARTDI - 4 nəfər VƏFAT ETDİ backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 152 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 795 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 508 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 591 aktiv xəstə var. Bu günə qədər 9 733 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 087, bu günə qədər isə ümumilikdə 7 018 167 test icra olunub.

loading...
Diaspora