Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1823 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 178, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 991, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 195 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 783 622, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 359 933, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 530, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 317 503, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 656 nəfər təşkil edir.

loading...
Diaspora