Peruda meymunçiçəyi xəstəliyin ilk yoluxma halı respublikanın paytaxtı Lima şəhərində qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Lopes məlumat verib.
"Yoluxma halı paytaxtda qeydə alınıb. Pasient dünən bütün laborator müayinələrdən keçib, nəticələr meymunçiçəyinə yoluxmanı təsdiqləyib", - deyə nazir bildirib.
Onun sözlərinə görə, yoluxan şəxs xarici ölkənin vətəndaşıdır.