Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 904 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 55 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 782, bu günə qədər isə ümumilikdə 6 milyon 850 min 674 test icra olunub.