Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 839 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 903, bu günə qədər isə ümumilikdə 6 826 926 test icra olunub.