Mənşəyi məlum olmayan virusla bağlı araşdırmalara başlandı

Mənşəyi məlum olmayan virusla bağlı araşdırmalara başlandı backend

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mənşəyi məlum olmayan hepatit hallarını fəal şəkildə araşdırır.

Bunu ÜST-nin baş elmi işçisi Filippa İsterbruk bildirib.

Onun sözlərinə görə, indiyədək dünyada mənşəyi məlum olmayan 160-a yaxın kəskin hepatit halı təsdiqlənib, onlar mütəxəssislər tərəfindən fəal şəkildə araşdırılır:

“Bu xəstəliyin bir sıra müxtəlif amilləri, mümkün yoluxucu və qeyri-infeksion mənbələrini nəzərdən keçiririk. Biz ölkələr tərəfindən bizə bildirilən həm köhnə, həm də yeni halları araşdırırıq”.

Mütəxəssis aydınlaşdırıb ki, hazırda kəskin viral hepatitlərə (A, B, C, D və E) səbəb olan viruslar aşkar edilməyib. Mədə pozğunluğu və ya qastroenteritə (mədə və nazik bağırsağn selikli qişasının iltihabı – Red) səbəb olduğu bilinən heç bir bakteriya və ya virus müəyyən edilməyib.

Diaspora