Diz ağrılarının, sümük əriməsinin DƏRMANI - Davamlı içənlər qurtulur

Diz ağrılarının, sümük əriməsinin DƏRMANI -  Davamlı içənlər qurtulur backend

Keçməyən diz ağrılarının təbii dərmanı, sümük əriməsinin qarşısını almaq üçün sağlam və faydalı vasitə axtaranlar şəfanı çinar yarpaqlarında tapır.

Qaziler.az TurpKimi.com-a istinadla xəbər verir ki, mayenin azalması və qığırdaq əriməsi ilə dizlərdə kəskin ağrılar yaranır. Ayaqları bükülməyən, gəzməkdə çətinlik çəkən, pilləkənləri çıxa bilməyən və ağrısı olan minlərlə insan var ki, bu durumdan qurtulmaq üçün yollar axtarır. Bütün bu ağrıların ən gözəl təbii müalicəsi isə çinarın yarpaqlarını dəmləyib içməkdir.

Bu dəmləmə orqanizmin hər yerində olan kirəclənmələrin azalmasına müsbət təsir edir. Mütəxəssislər bildirir ki, davamlı və düzgün istifadə edildikdə ağrılar günü-gündən yüngülləşməyə başlayır.

Təbii ağrı kəsici olan çinar yarpaqlarının faydaları və hazırlanması:

Bir neçə ədəd çinar yarpaqlarını soyuq suda yuyub hissələrə ayırın. Bir stəkan suyu qaynatdıqdan sonra yarpaqları içinə tökün və az odda ağzı bağlı 1 dəqiqə qaynadın. Daha sonra isti-isti süzün.

Soyuduqdan sonra axşam yeməyindən əvvəl və gecə yatarkən için.

15 gün içib, 3 gün fasilə verin və yenidən 15 gün istifadə edib 30 günə qədər davam edə bilərsiniz. Hər dəfə içəndə təzə dəmlənməlidir.

Qeyd edək ki, xroniki xəstəliyi olanlar həkimi ilə məsləhətləşsin.

Çinar yarpağı sümüklərin güclənməsinə kömək edir. Sümüklərdəki kirəclənmə problemini aradan qaldırır. Hətta bu problemlə rastlaşma ehtimalını minimuma endirir. Eyni zamanda revmatizmaya yaxşı təsir edir.

İltihablı bölgələrin, ya da qanda yarana biləcək iltihabi problemlərin daha sürətlə sağalmasına dəstək olur.

Bədənə yığılan artıq suyu atmağa, şişkinliyi azaltmağa kömək edir. Beləliklə, oynaq və sümük ağrılarını yüngülləşdirir.

Diaspora