“Uşaq bezlərindən istifadə indiki dövrün tələbatıdır”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, bez uşağa bir yaşına qədər geyindirilməlidir: “İfraz olan maddələr onların dərisində narahatlıq yaradır. Uşaq gəzməyə başlayandan sonra bez alışqanlığını aradan qaldırmaq və tualet mədəniyyətinə öyrətmək lazımdır”.
Pediatrın valideynlərə başqa bir məsləhəti dırnağını yeyən uşaqlarla bağlı olub. “Uşaqların dırnaq yeməsi geniş yayılmış bir problemdir və alışqanlıqdır. Əgər dırnağın altında qurd yumurtaları olarsa, bu uşağın qurd xəstəliyinə yoluxmasına səbəb ola bilər. Valideynin dırnaq yeyən uşağın üstünə qışqırması düz deyil, onu başa salmalıdır. Gec nəticə versə belə başa salmalıdır. Dişlərini qıcayır deyə uşağa qurd dərmanı verilməsi düzgün deyil. Mütləq həkim göstərişi olmalıdır”.