Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb,145 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 545 nəfər koronavirus infeksiyasına yoluxub. Onlarda 781 202 nəfər müalicə olunaraq sağalıb, 9 666 nəfər vəfat edib, aktiv xəstə sayı 677 nəfərdir. Ölkədə son sutka ərzində 2 741, hazırkı dövrədək isə 6 671 287 test aparılıb.