Azərbaycanda daha 270 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib - FOTO

Azərbaycanda daha 270 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib -  FOTO backend

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 270 yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 153 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 960 nəfər müalicə olunaraq sağalıb, 9 575 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 618 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 356, bu günə qədər isə ümumilikdə 6 617 758 test icra olunub.

Diaspora