Azərbaycanda daha 2 685 nəfər koronavirusa yoluxub, 24 nəfər ölüb

Azərbaycanda daha 2 685 nəfər koronavirusa yoluxub, 24 nəfər ölüb backend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 685 yeni yoluxma faktı qeydə alınıb, 6 558 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Apa-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 774 394 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 734 386 nəfər müalicə olunaraq sağalıb, 9 235 nəfər vəfat edib, aktiv xəstə sayı 30 773 nəfərdir.

Ölkədə son sutka ərzində 11 629, hazırkı dövrədək isə 6 485 357 test aparılıb.

Diaspora