Keçmişdən gələn adətlə yerdə oturaraq yemək yemə vərdişinin orqanizmə və həzm sisteminə müsbət təsirlərini öyrəndikdən sonra yerə bir döşəkçə atmağa nə deyirsiniz?!
Dünyanın müxtəlif ölkələrində olduğu kimi bizdə də yerdə oturaraq yemək yemək keçmişdən qaynaqlanan bir vərdişdir. Düzdür, hazırda bu adəti davam etdirənlər olsa da, müasir zamanda yemək mədəniyyəti daha çox stullara keçib.
Göründüyü kimi yerdə oturub yemək yemək heç də sosial-qitisadi faktorlarla bağlı deyildi. Bu yemək mədəniyyəti daha çox sağlamlığa xidmət edirdi. Belə ki, yerdə oturduğumuz zaman yoqa etmiş oluruq, bağdaş qurub oturmaq bədən quruluşumuzu yaxşılaşdırmağa və ürəyin fəaliyyətinə, qan dövranına kömək edir.
ÇƏKİNİN İTİRİLMƏSİNƏ KÖMƏK EDİR
Çəki artımı çox vaxt həddən artıq yemək və ya yediklərimizin kalorisini yandırmadığımızdan qaynaqlanır. Yerdə oturub yemək isə vaqus sinirinin mədədən beynə mədəmizin dolu olub-olmaması barədə siqnalın ötürülməsinə kömək edir. Ona görə də bu zaman daha yavaş yeyər və artıq yeməkdən qaçınarıq.
QAN DÖVRANINI YAXŞILAŞDIRIR
Bağdaş qurub oturdumuz zaman ayaqlardakı qan dövranı azalır və qan daha çox ürəkdən digər orqanlara ötürülməyə başlayır ki, bu da həzm üçün lazım olan aktivliyi artırır. Eyni zamanda gərginliyi aradan qaldırır, zehni cəmləyir və müsbət enerjini artırır. Unutmayın ki, stulda oturub yedikdə bu şeylər mümkün deyil. Çünki bu vəziyyətdə ayaqlarınız ürəyinizin altındadır və bağdaş quruq oturmaqdan fərqli olaraq, qan dövranını ayaqlara istiqamətləndirir.
HƏZMİ ASANLAŞDIRIR
Yerdə oturub yemək yeyərkən irəli əyilmək və geri çəkilib dikəlmək həzm sularının ifraz olunmasına kömək edir. Yerdə oturub yeyərkən orqanizmi həzmə hazırlayan siqnal beynə göndərilir və həzm asanlaşır.
DURUŞU YAXŞILAŞDIRIR
Yemək yeyərkən düzgün şəkildə durmaq çox vacibdir. Yeyərkən düzgün duruş əzələ, oynaq, diz, bel, boyun və əllərdə yaranacaq artıq yüklənməni azaldır. Yerdə oturmaq avtomatik olaraq duruşunuzu düzəldir, belinizi düzləşdirir, onurğanızı uzadır və çiyinlərinizi arxaya doğru itələyir. Bu cür oturuş bütün yorğunluğu və ağrıları aradan qaldırır.
ELASTİKLİK VERİR
Bağdaş qurub oturmaq bədənə elastiklik verir. Yerdə oturmaq dizlərin, ombanın, onurğanın, sinə və topuqların daha güclü və elastiki olmasına kömək edir. Başı bükmək, arxaya dönmək kimi davamlı edilən hərəkətlər bədənin güc və çevikliyini artırır.
ÖMRÜ UZADIR
Inanılmaz gələ bilər, amma bu həqiqətdir. Yerdə oturmaq ömrümüzə bir neçə il əlavə edə bilər. Dərc edilən bir araşdırmaya görə, yerdə bağdaş qurub oturan və dəstək almadan ayağa qalxa bilən insan daha çox yaşayır. Bunun səbəbi, oturduğu yerdən qalxmaq üçün bədəndən çoxlu güc, elastiklik və çevikliyin tələb edilməsidir.
ZEHNİ RAHATLADIR
Yerdə bağdaş qurub oturmaq diqqəti cəmləməyə kömək edir və meditasiya üçün idealdır. Beyindəki stresi azaldır. Ona görə də bu vəziyyətdə yemək yemək sizi yeməyə qarşı daha diqqətli olmağa sövq edəcək. Həmçinin belə oturmaq oksigenin bütün bədənə axınını artırır.
TurpKimi.com