Ürək çatışmazlığına işarə edən BİLMƏDİYİNİZ SİMPTOMLAR

Ürək çatışmazlığına işarə edən  BİLMƏDİYİNİZ SİMPTOMLAR backend

Ürək orqanizmdə nasos funksiyasını yerinə yetirərək qanı orqan və sistemlərə çatdırır. Qan orqanizm boyu dövr edir, orqanizmi oksigen və qidalı maddələrlə təmin edir.

Ürəyin nasos funksiyası pozulduqda ürək çatışmazlığı inkişaf edir.

 

Bu zaman orqanızm ona lazım olan miqdarda okdigen və qidalı maddələri ala bilmir və bu da orqanizmdə ciddi pozulmalara səbəb olur, hətta insanın həlak olmasına gətirib çıxarda bilər.

 

Təəssüf ki, bir çox hallarda ürək çatışmazlığı gizli inkişaf edir və ilkin mərhələlərdə özünü heç bir xarakterik simptomla büruzə vermir.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, həkimlər ürək çatışmazlığına işarə edən bəzi xarici simptomlarını bilməyi və onlara vaxtında fikir verməyi çağırır.  

Belə ki, amerikalı həkim hematoloq Ceffri Dlott (Jeffrey Dlott) müsahibəsində bildirib ki, soyuq tər və qolda ağrı və narahatlıq ürək çatışmazlığına işarə edə bilər.

Ürək çatışmazlığının digər simptomları arasında:

- sinədə ağrı və sıxılma hissi,

- qollar, sol çiyin, çənə, dirsəklər və kürəkdə ağrı,

- təngənəfəslik,

- ürəkbulanması, zəiflik,

- başgicəllənməsi.

Həkim Ceffri Dlott bildirib ki, yüksək təzyiq, qanda xolesterinin yüksək səviyyədə olması, siqaret çəkmək ürək xəstəliklərinin əsas risk faktorlarıdır.

 

Diaspora