Şəkər xəstələri COVID-19 vaksini vurdura bilərmi? - AÇIQLAMA

Şəkər xəstələri COVID-19 vaksini vurdura bilərmi? -  AÇIQLAMA backend

Şəkərli diabet xəstələri COVİD-19-a qarşı peyvəndləmə kompaniyasında fəal iştirak etməlidirlər.

Qaziler.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva məlumat verib.

S.Məşədiyeva bildirib ki, ilk növbədə endokrinoloqun qəbulundan keçib, tam müayinə olunub və kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdır. Planlı şəkildə hər şəkərli diabet xəstələri 6 aydan bir həkim-endokrinoloqun qəbulunda olmalıdırlar. “Check-Up” müayinə keçəndən sonra həkim qərar verir ki, pasient ikinci dozanı və yaxud “buster” dozanı vura bilər, yoxsa yox.

"COVID-19-un “Omicron” variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci dozadan və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar. Qeyd edim ki, peyvəndin ikinci dozasından sonra 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevral ayının 15-dən sonra etibarlı hesab edilməyəcək", - deyə o əlavə edib.

Diaspora