Bu şəxslərə çay içmək zərərlidir

Bu şəxslərə çay içmək zərərlidir backend

Çay hər bir azərbaycanlının su əvəzi qəbul etdiyi mayedir.

 

Lakin bəzən sevimli tonizə edici içki çox insanlara zərərlidir. Son zamanlar çayın orqanizmdə yaratdığı fəsadlar həkimləri də narahat etməyə başlayıb.

 

Bəzi sağlamlıq problemləri olan insanlar gün ərzində cəmi 1-2 stəkan, özü də açıq və təzə dəmlənmiş halda içməlidir.

 

 

Medicina.az həmin xəstəlikləri təqdim edir.

 

- Həzm sistemi, mədə-bağırsaq selikli qişasının qıcıqlanması olan, reflüks, qastrit, mədə, 12barmaq bağırsaq xorası olanlar, mədəsində turşuluq çox olanlara

- Baş ağrısı, miqreni olanlara – çaydakı kofein baş ağrılarını tətikləyir

- Yüksək təzyiq xəstəliyi olanlara

- Ürək döyüntüsü çox olanlara

- Panik atak keçirənlərə - çaydan sonra panik atak ehtimalı artır

- Böyrəyində oksalat tərkibli daş əmələ gələnlər

- Ateroskleroz – damarları tutulanlar

- Mərkəzi sinir sistemi xəstəlikləri, epilepsiya

- Yuxusuzluqdan əziyyət çəkənlər

- Yüksək hərarət, qızdırma zamanı

- Osteoporoz, sümük əriməsi

- Sümüklərdə kalsium az olanlara

- Qan azlığı, anemiyası olanlara

- Öd kisəsi daşı olanlar

 

Gördüyünüz kimi, siyahı uzundur. Çay təzyiqi qaldırır, damarlara spazm verir, kalsiumu sümüklərdən çıxarır, daş yaradır, sinir sistemini oyadır.

 

Əgər siz nevrozsuzsa, panik ataklar varsa, sizə çay, qəhvə qəti olmaz.

Diaspora