Hər kəs müxtəlif zamanlarda biri ilə salamlaşarkən, avtomobilə minən zaman, qapı açarkən, metal bir əşyaya toxunan zaman sanki elektrik vururmuş kimi hiss yaşaya bilər.
İnsan bədəninə də elektrik yüklənməsi sürtünmə və ya olduğu mühitə görə baş verə bilər.
Geyindiyimiz bir çox geyimlər polyester və neylon materiallardan hazırlanır. Bununla yanaşı, plastik ayaqqabılar da geyinirik. Bunlar da bədənlə hər hansı bir şəkildə sürtünməyə uğradığı zaman bədənin neqativ yüklə yüklənməsinə səbəb olur. Plastik ayaqqabı geyindiyimiz üçün bu neqativ enerjini torpağa ötürə bilmirik. Qışda daha çox geyindiyimiz üçün bu təsir daha güçlü olur.
Fizika mühəndisi Eltac Həsənov Bizimyol.info saytına müsahibəsində bildirib ki, elektrik yüklənməsi daha çox ofis şəraitində telefon, kompüterlərlə çalışan insanlarda özünü biruzə edir.
“Kompüterlə, ofisdə olan avadanlıqlarla işləyən zaman bədənə mənfi ionlar daxil olur. Bu enerji isə inşalara, əşyalarla toxunuş zamanı elektrik enerjisinə çevrilir. Bu zaman sanki adamı elektrik vururmuş kimi bir hiss yaranır. Bu daha çox payız-qış aylarında özünü büruzə edir. Çünki quru havalarda bədən daha az elektrik enerjisi ilə yüklənir. Bədənə bu mənfi enerji ofis mühitində, qapalı mühitlərdə, ictimai nəqliyyatda və avtomobildə yüklənə bilər.
Bu neqativ enerjini atmaq üçün təbiət lazımdır. Yəni bədəndə olan enerjidən qurtulmaq üçün yalın ayaqla qum, torpaq üzərində gəzmək lazımdır.
Düzdür, bu neqativ enerji insana narahatlıq yaratmır, amma bəzən avtomobilin qapısını açmaq istədiyiniz zaman, bəzən də ən yaxınızla görüşən zaman sizi elektrik vura bilər. Bu, o qədər də güclü olmur. Amma belə insanlar yanıcı, partlayıcı maddələrlə ehtiyyatlı davranmalıdır. Çünki hərhansı bir davranış partlayışa səbəb ola bilər”.
Mütəxəssis qeyd edir ki, bu enerji bir qədər yüksək olduğu zaman insanın sinir sisteminə təsir edib, aqressivlik yarada bilər. Bunu insanlar işdə və yaxud kiməsə qarşı kin-qəzəb kimi hiss edə bilərlər. Əslində isə, yaranan bu vəziyyətin arxasında mənfi enerji durur.
“Bədəninizə mənfi enerji toplamamaq üçün hər səhər torpaqda 10 dəqiqə gəzin, ayağınız yerə dəysin. Və yaxud dəniz kənarında quma toxunsun ayaqlarınız. Çalışın sintetik, plastik materialdan olan geyimlər geyinməyəsiniz.
Düzdür, biz bu elektrik vurmasını çox vaxt zarafat kimi qəbul edirik. Həta bəzən “nə çox enerjin var, səndən adamı tok vurur” deyirik. Amma bu, bizim sinirlərimiz üçün çox zərərlidir. Sinirlərimizin sağlamlığı üçün təbiətlə ünsiyyətdə olun”,- deyə E.Həsənov bildirib.