Bu ölkə koronavirusa yoluxanları bu dərmanla sağaldır

Bu ölkə koronavirusa yoluxanları bu dərmanla sağaldır backend

Gürcü həkim, tibbi onkologiya və genetika məsələləri üzrə ekspert Aleksandre Tavartkiladze koronavirusa qarşı dərman icad edib.

“Report” xəbər verir ki, “Soulageur” adlı preparat Gürcüstanda COVID-19 xəstələrinin müalicəsində artıq tətbiq olunur.

Bioloji aktiv qida əlavəsi olan dərman ötən ilin noyabrından Gürcüstanda müalicə təlimatına daxil edilsə də, hələ apteklərdə satılmır.

“Soulageur” 90 %-dən aşağı saturasiyası olan 18 yaşdan yuxarı pasiyentlərə yazılır. Preparat koronavirisun ilk simptomlarının aşkarlanmasından 7 gün keçmədiyi halda təyin olunur.

Koronaviruslu pasiyentlərin müalicəsində dərmanın istifadəsinin müsbət nəticələr verdiyi bildirilir.

Preparatın kliniki tədqiqatları davam etdirilir.

Diaspora