Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa qarşı peyvəndin tərkibinə dair texniki məsləhət qrupu koronavirusun və onun yayılmasının profilaktikası üçün əlavə dərmanların hazırlanmasını zəruri hesab edir.
Trend-in məlumatına görə, bu barədə təşkilatın saytında qeyd olunub.
"Bu cür dərmanlar əlçatan olmayana qədər və SARS-CoV-2 inkişaf etdikcə, mövcud COVID-19-a qarşı vaksinlərin yenilənməsi tələb oluna bilər", - deyə məlumatda bildirilib.
Qrup qeyd edib ki, dərmanlar ÜST meyarlarına cavab vermək üçün genetik və antigenik olaraq koronavirusun hazırda dövriyyədə olan variantına yaxın olan ştamlara əsaslanmalıdır.